Türkiyədə klub prezidentinə silahlı hücum olub

10-12-2020, 00:43           
Türkiyədə klub prezidentinə silahlı hücum olub
Türkiyənin “Gümüşhanespor” klubunun prezidenti Vahid Olgün silahlı hücuma məruz qalıb.

Hadisə ikinci liqa təmsilçisinin rəhbərinin otağında baş verib.

Axşam saatlarında klubun bazasına gələn iki şəxs Olgünlə görüşmək istəyib. Onun otağına daxil olduqdan sonra onunla mübahisə edən şəxslər tapança ilə atəş açıb.

Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olub. Ağır yaralanan klub prezidenti xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırmalara start verib.//apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru