Rusiya Türkiyədən də pomidor idxalına qadağa qoya bilər

10-12-2020, 04:56           
Rusiya Türkiyədən də pomidor idxalına qadağa qoya bilər
Federal Xidmət söhbətin Cənubi Amerika pomidor güvəsi və Qərbi Kaliforniya tripsindən getdiyini bildirir.

Sputnik. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Türkiyədən zərərli pomidor tədarükünün sistemli olmasından narahatdır və ölkənin daha iki vilayətindən - Trabzon və Hataydan Rusiyaya məhsul idxalının qadağan edilməsini nəzərdən keçirə bilər.

Məlumatda qeyd olunur ki, pomidorlarda müntəzəm olaraq sistemli şəkildə Avrasiya İqtisadi Birliyi ölkələri üçün zərərli orqanizmlər aşkarlanır.

Federal Xidmət söhbətin Cənubi Amerika pomidor güvəsi və Qərbi Kaliforniya tripsindən getdiyini bildirir.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti dekabrın 11-dən Türkiyənin Antalya və İzmir vilayətlərindən tomat və bibər idxalını qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru