Müharibə səngərdə bitib, siyasətdə yeni başlayır - Ərdoğanın mesajlarına Türkiyədən şərh

10-12-2020, 20:10           
Müharibə səngərdə bitib, siyasətdə yeni başlayır - Ərdoğanın mesajlarına Türkiyədən şərh
Zəfər paradında Türkiyənin prezidenti xeyli maraqlı məqama toxunub. O, çıxışı zamanı torpaqların işğaldan azad edilməsininin mücadilənin bitməsi anlamına gəlmədiyini söyləyib.

Maraqlıdır, Ərdoğan bununla kimə və hansı mesajları verdi.

Bu barədə Modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım danışıb:

“Azərbaycanın Zəfər paradında iştirak edərək və qardaş ölkənin sevincinə şərik çıxdım.

Qələbədən sonra bütün dünya Azərbaycanın öz torpaqlarının düşməndən geri aldığını qəbul etdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın hər bir maddəsini Azərbaycan dərinliklə incələyib razılığnı verdi.

Ermənistan məğlubiyyəti qəbul edib, bəyanatda təqdim olunan maddələrlə razılaşmalı oldu. Bu məsələ ətrafında dövlətlərarası bir sıra görüşmələr ola bilər. Səngərdə öz gücü nümayiş etdirən Azərbaycan, müzakirələrdə də həmin gücünü davam etdirəcək”.

Ş.Ayrımın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Paradında çıxış edərkən siyasi müharibənin başladığını qeyd edib:

“Rəcəb Tayib Ərdoğanın çıxışı zaman dediyi sözün açıqlaması ondan ibarətdir ki, artıq diplomatik cəhətdən mübarizəmiz başlayır.

Səngərdə müharibənin bitməsinə baxmayaraq, siyasi cəhətdən müharibəmiz davam edir. Bundan sonrakı müddətdə bir sıra məsələlər müzkirə olunacaq. Siyasi müharibənin olmasına səbəb isə 30 ildir həll olmayan məsələnin 44 gün ərzində həll olunmasıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru