İstanbul son 15 ilin ən böyük quraqlığını yaşayır

12-12-2020, 01:52           
İstanbul son 15 ilin ən böyük quraqlığını yaşayır
İstanbulu su ilə təmin edən su hövzələrində sululuq səviyyəsi son 15 ilin ən aşağı həddinə çatıb.

Axar.az xəbər verir ki, İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) rəsmi internet səhifəsindəki son məlumatlara əsasən, bu hövzələrin hazırki doluluq səviyyəsi 22,15 faizdir. Bu rəqəm cari ilin sentyabrda 39,6, oktyabrda isə 30,89 faiz təşkil edib.

İstanbulu su ilə təmin edən hövzələrin maksimum yığım həcmi 868 milyon 683 min kubmetrdir. Lakin, buna baxmayaraq, hazırda bu hövzələrdə su miqdarı 185,82 milyon kubmetrdir. İstanbulda gündəlik orta hesabla 2,8 milyon kubmetr su istifadə edilir. Hövzələrdəki su miqdarı bölgələrə görə dəyişir.

Mütəxəssislər bunu cari ildə ölkə ərazisində havaların quraq keçməsi və yağıntının az olması ilə izah edirlər.

Şəhərdə analoji vəziyyət 2002-2003-cü illərdə də müşahidə olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru