Türk həkim ABŞ-ın fitness, idman və sağlam qidalanma şurasında təmsil olunacaq
12-12-2020, 08:09
ABŞ prezidenti Donald Tramp ölkənin Fitness, İdman və Sağlam Qidalanma üzrə Prezident Şurasına türk əsilli həkim Mehmet Özün namizədliyini irəli sürüb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, xəbəri Ağ Ev də təsdiqləyib.
Ağ Evin yaydığı siyahıda Trampın Fitness, İdman və Sağlam Qidalanma üzrə Prezident Şurasına irəli sürdüyü namizədlərin adları açıqlanıb. Siyahıda ümumilikdə 29 nəfərin adı var. Onlardan biri də Nyu Cersidə yaşayan kardiocərrah Mehmet Özdür.
Qeyd edək ki, Mehmet Öz yalnız ABŞ-da deyil, digər ölkələrdə də tanınan kardiocərrahlardandır.
Fitness, İdman və Sağlam Qidalanma üzrə Prezident Şurasının əsası ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer tərəfindən qoyulub. Şura amerikalıları idmana və sağlam həyata yönləndirməyə çalışır.