Qazaxıstan Rusiyaya nota verdi - BU SƏBƏBDƏN

13-12-2020, 10:16           
Qazaxıstan Rusiyaya nota verdi - BU SƏBƏBDƏN
Qazaxıstan Xarici İşlər Nazirliyi Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədri Vyaçeslav Nikonovun Qazaxıstan ərazisinin Rusiyanın böyük bir hədiyyəsi olduğuna dair açıqlamasına görə Rusiyaya nota verib.

Publika.az xəbər verir ki, Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Aleksandr Komarov Qazaxıstan XİN-nə dəvət olunub.

Qazaxıstan xarici işlər nazirinin müavini Marat Sızdıkov Nikonovun açıqlamasından narahatlıq ifadə edib.

Rusiya Federasiyasının dövlət xadimlərindən bu cür bəyanatların səslənməsinin qarşısını almaq üçün tədbir görmək tələb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru