Türkiyə və Ukrayna razılaşdı: Zərbə PUA-ları...

15-12-2020, 00:18           
Türkiyə və Ukrayna razılaşdı: Zərbə PUA-ları...
Ukrayna və Türkiyə korvet və zərbə PUA-ları komplekslərinin istehsalı və transferi ilə bağlı razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında deyilir.

Türkiyə şirkəti ilə müqaviləni Ukrayna müdafiə naziri Andrey Taran imzalayıb.

İmzalanma mərasimi Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirin başçılıq etdiyi heyətin Ukraynaya səfəri çərçivəsində baş tutub.

Məsələ ilə bağlı açıqlama verən Taran bildirib ki, Qara dəniz və Azovda təhlükəsizliyi gücləndirmək üçün layihələrdə Ukrayna Hərbi Dəniz Qüvvələrinin döyüş bacarığının radikal şəkildə gücləndirilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru