“Türkiyə İranın yanında oldu, biz isə...” – Tehran qonşularla əlaqələri qırır

15-12-2020, 00:24           
“Türkiyə İranın yanında oldu, biz isə...” –
“Türkiyə həmişə sanksiya dövründə İranın yanında olub”.

Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki deputatı Əhməd Əlirza Beygi deyib.

Deputat son günlərdə İranda Türkiyə əleyhinə aparılan təbliğatı tənqid edib:

“Türkiyə sanksiya dövründə İranın yanında oldu. Hətta İrandan qaz almaq üçün riskə getdi, amma hökumət ölkənin son kanalını da bağlamaq istəyir. Bəzi qərbpərəstlər ölkəni Qərbin təsir dairəsinə salmaq üçün qonşu ölkələrə son nəfəs kanallarını da bağladılar. Nəticədə İran üçün sanksiya sədlərinin aşılmasında iki önəmli nöqtə olan Oman və Türkiyə ilə münasibətlərdə problemlər yarandı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru