Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz protokol imzalanıb? - Çavuşoğlundan CAVAB

15-12-2020, 02:21           
Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz protokol imzalanıb? - Çavuşoğlundan CAVAB
“Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında iki protokol imzalanıb. Amma imzalanmazdan öncə Azərbaycanla razılaşdırılıb”.

Teref.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə məsələləri ilə bağlı danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

TBMM-də müxlaif partiyaya mənsub millət vəkillərinin “Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz niyə gizli danışıqlar olub?” sualını cavablandıran nazir deyib ki, bu itihamlar əsassızdır, Azərbaycandan gizlin heç bir protokol imzalanmayıb.

Nazir deyib ki, Türkiyənin Azərbaycanda təhlükəsizlik üzrə müşahidə məntəqələrinin yerləşdirilməsi məsələsi ev sahibi olaraq qardaş ölkənin səlahiyyətindədir: “Azərbaycan yer, tarix və heyətdəki sayı müəyyən etdikdən sonra bu məsələ öz həllini tapa bilər”. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru