Türkiyədə son sutkada koronavirusdan (COVID-19) 235 nəfər ölüb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Onun sözlərinə görə, son 24 saatda koronavirus testindn 206 190 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 32 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı 5988 olub.
Nazir bugünkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.