Türkiyədə bir gündə koronavirusdan 240 nəfər öldü

17-12-2020, 06:00           
Türkiyədə bir gündə koronavirusdan 240 nəfər öldü
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və gündəlik ölüm halındakı say epidemiya üzə çıxandan bəri ən yüksək həddə çatıb.

Türkiyənin Səhiyyə Nazirliyi xəbər verir ki, dekabrın 16-da ölkə üzrə 205 min 397 nəfər testdən keçirilib. Onlardan 29 min 718 nəfərdə virus əlaməti aşkarlanıb, 4 min 893 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 240 nəfər ölüb, 29 min 922 xəstə isə sağalıb. Hazırda 5 min 960 xəstə infeksiya səbəbindən reanimasiyadır.

Türkiyə hökuməti riskləri azaltmaq üçün ölkə üzrə tətbiq olunan gündəlik (səkkiz saat) və həftəsonu (56 saatlıq) “Evdə qal!” rejimin davam etdirir. Dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlanacaq “Evdə qal!” rejimi 2021-ci il yanvarın 4-də saat 5.00-dək qüvvədə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru