"İraq hökumətində türkman nazir təyin olunması millətimiz üçün əhəmiyyətlidir" - Ərdoğan

18-12-2020, 00:03           
"İraq hökumətində türkman nazir təyin olunması millətimiz üçün əhəmiyyətlidir" - Ərdoğan
“İraq xalqını qardaşımız kimi görürük. İraq hökumətinin əhatəli siyasəti ilə bütün İraq xalqının əmin-amanlığının təmin olunacağına inanırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İraq baş naziri Mustafa Al-Kazımi ilə birgə mətbuat konfransında söyləyib.

“Baş nazir Kazıminin uzun müddət sonra İraq hökumətində yenidən türkman nazir təyin etməsi bu ümidimizi möhkəmləndirib. Cənab baş nazirə millətimiz və İraq türkmanları üçün olduqca əhəmiyyətli bu qərarına görə təşəkkür edirəm”, - dövlət başçısı qeyd edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru