"Rusiya bu qədər güclü bir əlaqə qura bildiyimiz nadir bir ölkədir" - "Hürrüyet"

2-01-2021, 06:20           
"Rusiya bu qədər güclü bir əlaqə qura bildiyimiz nadir bir ölkədir"
“Ötən payızın sonlarında Rusiya ilə Türkiyə arasındakı münasibətlər Qarabağda həssas bir stres sınağından keçdi. Rusiyanın “arxa bağçası” hesab etdiyi bölgədəki döyüş meydanında başlayan qarşıdurmaya Türkiyə də müdaxilə etdi. Nəticədə 44 günlük müharibədə Azərbaycan qalib gəldi. Ermənistan isə biabırçı şəkildə məğlubiyyətə uğradı. Bu müharibə həm də Türkiyə ilə Rusiya arasında işbirliyinə çevrildi. Türkiyə və Rusiya hərbçiləri birlikdə Ağdam şəhərində qurulacaq Monitorinq Mərkəzindən Qarabağdakı atəşkəsə nəzarət edəcəklər”.

KONKRET.az xəbər verir ki, bu sətirlər Türkiyənin “Hürriyet” qəzetində dərc olunan “Türkiyənin 2020-ci ildən 2021-ci ilədək xarici siyasəti: Rusiya ilə münasibətlərdə rəqabət, qarşıdurma və əməkdaşlıq” məqaləsindən götürülüb. Məqalədə daha sonra deyilir: “Qafqazda baş verən münaqişəyə münasibət Suriya və Liviyadakına nisbətən daha anlaşıqlı və faydalı oldu. Bununla bərabər, Türkiyənin Ukrayna ilə yaxınlaşmasının Kremldə ciddi narahatlıq yaratdığını təxmin etmək çətin deyil. Ancaq ən əsası, Türkiyə-Rusiya münasibətləri döyüş sahəsindəki böhranların, çəkişmələrin və rəqabətin təzyiqlərinə tab gətirə bilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.