Türk ordusu hərəkətə keçdi: Bölgədə əməliyyatlar başladı

5-01-2021, 09:52           
Türk ordusu hərəkətə keçdi: Bölgədə əməliyyatlar başladı
Bəşər Əsəd rejiminin son günlər İdlib ətrafını ağır silahlar və hərbçilərlə gücləndirməsinə qarşı Türk Silahlı Qüvvələri (TSK) hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, TSK-nın hərbi konvoyu İdlib-Bab el Hava şosesində hücuma məruz qalıb.

Yerli mənbələrin məlumatına görə, yanvarın 3-ü axşam saatlarında kimliyi bilinməyən terrorçu qruplar tərəfindən həyata keçirilən hücum zamanı itki olmayıb.

Bölgədəki qaynaqlar hücumdan sonra TSK tərəfindən əhatəli əməliyyata başlanıldığı bildirilib.

Həmçinin rejimlə müxalif qrupları ayıran cəbhə xəttinə son bir həftə ərzində TSK tərəfindən silah-sursat göndərilib. Xüsusilə, cəbhə xəttində çox sayda zirehli texnika, tank, radarlar yerləşdirilib.

Bəşər Əsəd rejiminin mümkün hücumunun qarşısını almaq məqsədilə bölgədə yeni dayaq məntəqələri qurulub, mövqelər möhkəmləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru