Ankaradan Bakı-Aşqabad memorandumuna - Reaksiya

21-01-2021, 23:40           
Ankaradan Bakı-Aşqabad memorandumuna - Reaksiya
Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq.

Axar.az xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlama belə davam edir: “Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini istəyirik. Bu anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzu edirik” .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru