Yunanıstanda Osmanlı dövrünə aid qəbirlər dağıdılıb

21-02-2021, 15:00           
Yunanıstanda Osmanlı dövrünə aid qəbirlər dağıdılıb
Qəbir daşları ərazidə tikinti işləri başlamazdan öncə tapılıb

Yunanıstanda idman zalının inşası zamanı Osmanlı dövrünə aid qəbirlər dağıdılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Selanikdəki Qargara kəndi yaxınlığında idman zalının tikintisi zamanı Osmanlı dövrünə aid 201 məzar tamamilə dağıdılıb. Qəbir daşları ərazidə tikinti işləri başlamazdan öncə tapılıb, qazıntı işlərindən sonra bütün qalıqlar məhv edilib.

Tikinti zamanı qəbirləri görən fəhlələr əvvəlcə işi dayandırıblar. Rəhbərlik Halkidiki Tarixi İşlər Müdirliyinə və Nea Propontida Bələdiyyəsinə məlumat verdikdən sonra bölgəyə gələrək kəşfiyyat işləri aparan muzey və bələdiyyə işçiləri işləri davam etdirmə qərarı veriblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru