Türkiyə hərb sahəsində inqilab edir: O silahı da hazırladılar +FOTOLAR

23-02-2021, 12:07           
Türkiyə hərb sahəsində inqilab edir: O silahı da hazırladılar +FOTOLAR
Türkiyə dronlarının “atası” hesab edilən Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar Holding” şirkətinin işləyib hazırladığı "Akıncı" pilotsuz hücum dronlarının (TİHA) üçünün istehsalı tamamlanıb.

Teref.az xəbər verir ki, bu barədə Selçuk Bayraktar "Telegram" kanalında məlumat verib.

Bildirək ki, Qarabağda Azərbaycan ordusunun qazandığı qələbədə önəmli payı olan “Bayraktar TB2” döyüş PUA-larından daha üstün göstəricilərə və imkanlara malik olan bu PUA-lar Türkiyənin hərbi gücünü daha da artırmış olacaq.

2020-ci il ərzində “Baykar” mühəndisləri başda Selçuk Bayraktar olmaqla “Akıncı”nın müxtəlif şəraitlərdə sınaqlarını həyata keçiriblər, o cümlədən avtonom şəkildə, heç bir yerüstü idarəetmə sistemi olmadan enmə və qalxma funksiyalarını necə yerinə yetirdiyini yoxlayıblar.(Publika)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru