Yeni kəşf olunan qızıl yatağına 300 milyon ABŞ dolları yatırılacaq - TMSF

3-03-2021, 19:49           
Yeni kəşf olunan qızıl yatağına 300 milyon ABŞ dolları yatırılacaq  - TMSF
Türkiyə hökuməti Ağrı dağının ətəyində kəşf edilən qızıl yataqlarını yaxın vaxtlarda istifadə etməyə hazırlaşır.

Valyuta.az Cnntürk agentliyinə istinadən xəbər verir ki, Türkiyə Əmanətlərin Sığortalanması Fondunun (TMSF) rəhbəri Muhiddin Gülal, Ağrı Mollakara kəndi ətrafında tapılan və həcmi açıqlanmayan qızıl yatağı üçün 300 milyon ABŞ dolları məbləğində investisiya qoyulacağını açıqlayıb.

M.Gülal qeyd edib ki, Türkiyənin yeraltı sərvətlərinə yönələn investisiya yatırımlarının müsbət nəticə verməsi proqnozlaşdırılır: "2022-ci ilin sonuna qədər yataqdan ilk qızılın çıxarılmasını proqnozlaşdırırıq. İlkin olaraq 1000 nəfər işlə təmin olunacaq. Normal olaraq, 2 ton torpaqdan 1,2 qram qızıl əldə edilir. Ancaq Ağrı dağındakı qızıl yatağında bu rəqəmin daha yüksək olacağını təxmin edirik".

Türkiyədəki qızıl istehsalının üçdə birinə sahib olan "Koza Altın" şirkətinin 2019-cu ildə 11 ton, 2020-ci ildə isə 8.5 ton qızıl istehsal etdiyini deyən TMSF rəhbəri, bu yataq istifadəyə verildikdən sonra illik qızıl istehsalının 15 tona çatacağını söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.