Prokuror Mübariz Mənsimova aid rəqəmsal materialların ona geri qaytarılmasını tələb edəcək

4-03-2021, 19:59           
Prokuror Mübariz Mənsimova aid rəqəmsal materialların ona geri qaytarılmasını tələb edəcək
Mübariz Mənsimov sabah azadlığa buraxılacaq.
TED.az xəbər verir ki, bu haqda "Palmali" Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva şəxsi Feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda qeyd olunur ki, İstanbul Baş Prokurorluğu Mübariz Qurbanoğlunun (Məsimov) sərbəst buraxılmasını istəyib: "Məhkəmə prosesinin gəldiyi mərhələ, təqsirləndirilən cinayətə görə, nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə olma müddəti, həbs olunmasının tədbir məqsədli olması, həbsdə keçirildiyi vaxt, şübhəli olmadığı təqdirdə bu mərhələdə məhkəmə nəzarəti yolu ilə daha öncə həbs edilməmiş və ya başqa bir cinayətə məhkum edilməmiş isə "Xaricə getməmək" və "Ünvanından çıxmamaq" şəklində ƏDLİ NƏZARƏT TƏDBİRLƏRİNİN TƏTBİQİ, 109/3 maddəsi ilə tənzimlənmiş, ona aid rəqəmsal materialların sahibinə qaytarılması, Dövlət adına tələb və rəy olunur".

Paylaşımda diqqət çəkən məqamlardan biri "ona aid rəqəmsal materialların sahibinə qaytarılması" ifadəsidir.

Bu cümlənin hüquqi aspektdən TED.az-a şərh edən Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Roman Qaraşov bildirib ki, rəqəmsal matetiallar dedikdə, həmin şəxsə aid olan adından da göründüyü kimi rəqəmsal vasitələr və platformalar nəzərədə tutula bilər: "Yəni burada telefon, planşet, kompüter və bu kimi informasiya daşıyıcı cihazlar ola bilər. Həmçinin şəxsə aid sosial şəbəkə hesabları da istintaq üçün rəqəmsal material hesab oluna bilər. "Rəqəmsal materialların sahibinə qaytarılması" dedikdə qeyd etdiyim informasiya daşıyıcılarında olan məlumatların qaytarılması nəzərdə tutulur. Lakin, bu cinayət həmin şəxsin məsuliyyətindən azad olunması deyil, sadəcə ilkin mərhələdə sübutun yerinə yetirilmədiyinə görə Dövlət tərəfindən həmin şəxsə bunların qaytarılması tələb edilir. Araşdırma yekunlaşmayıb və məsələ ilə bağlı təhqiqat aparılmayacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.