Ərdoğandan Qarabağa dair YENİ AÇIQLAMA

7-03-2021, 10:49           
Ərdoğandan Qarabağa dair YENİ AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hərbi dəniz qüvvələrinin “Mavi Vətən 2021” taktiki təlimlərinə videokonfrans yolu ilə qatılıb və çıxışında Qarabağdan da danışıb.

Yenisabah.az xəbər verir ki, Ərdoğan ölkəsinin son illərdə milli hərbi sənayesini necə inkişaf etdirdiyi, döyüş gəmiləri də daxil olmaqla bir sıra yeni silah sistemləri istehsal etdiyini, pilotsuz döyüş təyyarələrini istehsal edən 3-4 ölkədən birinə çevrildiyini bildirib.

Ərdoğan habelə Türkiyənin Suriyada, Liviyada, Qarabağda atdığı addımlardan bəhs edib. Aralıq dənizinin şərqində ölkəsinin iqtisadi maraqlarını qorumaq üçün qətiyyətli addımlar atdığını vurğulayıb.

“Aralıq dənizinin şərqində yer alan karbohidrogen ehtiyatları üzərindəki hüquqlarımızı nəyin bahasına olursa olsun qoruyacağımızı açıq şəkildə ortaya qoyduq. Beynəlxalq hüquq təməlində atdığımız addımlarla Liviyanın qiyamçılar tərəfindən işğal edilməsinə mane olduq. Ölkəmizi Antalya sahillərinə sıxışdırmağa çalışan hüquqsuz təşəbbüslərin hamısını boşa çıxardıq. Dağlıq Qarabağdakı işğala son qoyulması başda olmaqla başlatdığımız hər təşəbbüsü, şükürlər olsun ki, uğurla sona çatdırdıq”,-Ərdoğan çıxışında bildirib. (Virtualaz.org)шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.