Qiyamçı generaldan şok Türkiyə təlimatı – Bölgədə durum dəyişir

18-03-2021, 23:30           
Qiyamçı generaldan şok Türkiyə təlimatı –
General Xəlifə Haftarın komandanlığındakı qiyamçı Liviya hərbi qüvvələri Türkiyə ilə bağlı açıqlama yayıb.
Qiyamçıların dəniz qüvvələrindən verilən açıqlamada Türkiyə gəmilərinin Binqazi limanına girişinə etiraz etmədikləri bildirilib.
“Türkiyə bayrağı altında üzən ticarət gəmilərinin qanuni prosedur və qaydalara uyğun olaraq limanlarımıza girişinə etirazımız yoxdur”, – açıqlamada qeyd edilib.

Xəlifə Haftar 2019-cu ilin iyun ayında öz qüvvələrinə Liviya sularına daxil olan Türkiyə gəmilərinin hədəfə alınması üçün təlimat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru