Türkiyədə ötən sutka ərzində 176 nəfər koronavirusdan (COVİD-19) həyatını itirib.
Modern.az xəbər verir ki, bu gün ölkədə 40 806 nəfərdə infeksiya aşkarlanıb ki, bu da Türkiyədə koronavirusun aşkarlanmasından indiyədək görülən ən yüksək yoluxma sayıdır.
Bu gün həyatını itirən 176 nəfərlə ölənlərin ümumi sayı 31 713-ə çatıb.