Vaşinqtonla Ankara arasında yeni gərginlik səbəbi: rəsmi imtina gəldi

22-04-2021, 14:37           
Vaşinqtonla Ankara arasında yeni gərginlik səbəbi:
Memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə əlaqədar Türkiyənin "F-35" qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmən məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pentaqondan olan mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, Birləşmiş Ştatlar 2007-ci ilin yanvarında "F-35"lərin istehsalı üzrə birgə memorandumu ləğv ediblər.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru