Heç kim buna susmağımızı gözləməsin - Ankara

6-05-2021, 09:04           
Heç kim buna susmağımızı gözləməsin - Ankara
Heç kim azlıqların hüquqlarının pozulmasına susmağımızı gözləməsin.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edib.

Saloniki və ətrafındakı bölgələrdə Osmanlıdan miras qalan çox sayda məscid olduğunu, ancaq bayramlarda belə ibadət yerlərinin bağlı qaldığın deyən Kıran bundan təəssüfləndiklərini söyləyib:

"Bu məsələni Yunanıstanla təmaslarımızda ən ali səviyyədə gündəmə gətiririk, gündəmə gətirməyə də davam edəcəyik".

Nazir müavini Türkiyədəki yunanları və Yunanıstandakı türkləri iki ölkə arasındakı əlaqələrin inkişafı üçün körpü olaraq gördüklərini vurğulayıb:

"Yunanların da azlıqların ləyaqətlə yaşamalarına yol açacaq addımlar atması üçün lazımi mesajları alacaqlarına ümid edirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru