Yunanlar türklərə qarşı böyük əməliyyat başladıb!

6-05-2021, 09:12           
Yunanlar türklərə qarşı böyük əməliyyat başladıb!
Cənubi Kipr rəhbərliyi (yunan administrasiyası – red.) Şimali Kipr Türk Cümhuriyyəti, Kipr türk xalqı və şəxsimə qarşı böyük əməliyyat başladıb.

Axar.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.

O bildirib ki, Kiprdə bərabərsəviyyəli hüquqlarla bağlı Türkiyənin Cenevrə konfransında irəli sürdüyü təkliflər böyük əks-səda yaradıb:

“Cənubi Kipr Prezidenti Nikos Anastasiadisin “kiprli türklər bizim vətəndaşımızdır” açıqlamasının heç bir dəyəri yoxdur. Bu sözlər sadəcə siyasi məqsədlərə xidmət edir. Bundan əlavə, bəzi media orqanları mənim Kipr Cümhuriyyətinin pasportuna sahib olduğumu iddia ediblər. Bu iddiaların mənbəyini araşdırmışıq. Belə məlumatlar ilk dəfə 2010-cu ildə, namizədliyimin qarşısını almaq üçün səsləndirilmişdi. İndi isə yunan jurnalistlər tərəfindən Kiprlə bağlı həlledici mərhələdə yenidən bu iddiaların səsləndirilməsi düşündürücüdür”.

Tatar əlavə edib ki, 1960-cı il doğulan biri kimi Kipr Cümhuriyyətinin pasportunu daşıması təbii haldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru