Ərdoğan hakimiyyətdən getsə... - Yunan professor

23-05-2021, 08:44           
Ərdoğan hakimiyyətdən getsə... -
ABŞ Prezidenti Co Bayden Türkiyədə Ərdoğan hakimiyyətindən məmnun olmadığı üçün Yunanıstana dəstək verir.

Axar.az xəbər verir ki, bunu yunan professor İonnis Mazis ölkə mətbuatına açıqlamasında deyib.

“ABŞ Prezidenti Yunanıstana dəstək verdiyi müddətcə “Baydenopoulos” olacaq. Yəni Afinanı dəstəkləyəcək. Ərdoğan hakimiyyətdən gedərsə və ya Bayden seçki kampaniyasında bildirdiyi kimi, Ərdoğanı devirərsə, ABŞ Yunanıstandan əlini çəkər və Türkiyəyə dəstək verər. Türkiyədə müxalifət hakimiyyətə gələrsə, onda “Baydenopoulos” birdən “Baydenoğlu”na çevrilər. Bəs bu olarsa, yunanlara hansı silahlar qalacaq? Bu suala heç kim cavab vermək istəməz. İndi bizə 2 silah satırlarsa, 4-nü hədiyyə edirlər. Diqqət etmək lazımdır. Bayden “Baydenopoulos” olduğu müddətdə yaxşıdır”, - professor bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru