"Hadisə yerinə ilk qatil gəlir" - Sedat Peker Uğur Mumcunun öldürülməsindən danışdı - Video

23-05-2021, 16:54           
"Hadisə yerinə ilk qatil gəlir" -
Türkiyəli mafiya başçısı Sedat Peker jurnalist, araşdırmaçı-yazar Uğur Mumcunun ölümü ilə bağlı danışıb.

Yeniavaz.com xəbər verir ki, Peker “youtube” vasitəsilə yaydığı videoda Uğur Mumcunun şəhid olduğunu bildirib: "Uğur Mumcu fikirlərini dəstəkləyərdiz dəstəkləməzdiz, məncə o şəhiddir. Namuslu və şərəfli adam idi. Hər şeydən əvvəl dürüst insan idi. Niyə öldürüldü? Öldürüldüyü vaxtlarda yazdığı yazılara baxın! Terrordan qidalanan terror lokları. Bununla bağlı yazılar yazırdı. Diqqət edin hər zaman terror bölgələrində narkotik plantasiyaları və satış əraziləri olur. Eyni zamanda silah ticarəti də bu ərazilərdə olur. Uğur Mumcu şəhid edilir yanına ilk gələn kim? Qatil ilk öncə gəlir Mehmet Ağır!".

Qeyd edək ki, türkiyəli araşdırmaçı-yazar Uğur Mumcu 24 yanvar 1993-cü ildə Ankaradakı evinin qarşısında avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində vəfat edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru