Ərdoğanın Şuşaya gözlənilən səfəri ilə bağlı YENİ GƏLİŞMƏ...
27-05-2021, 00:05
Xəbər verdiyimiz kimi, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gələcək. Bu barədə türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, mayın 31-də Yunanıstana səfərindən sonra Azərbaycana, iyun ayının 12-14-də isə Belçikaya səfər edəcək.
Azmarka.az bildirir ki, Çavuşoğlunun bu səfəri zamanı bir sıra məsələlərin müzakirəsi ilə yanaşı, qardaş ölkə porezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinə hazırlıq məqsədi daşıdığı istisna edilmir.
Xatırladaq ki, Ərdoğan bu ayın əvvəllərində Ərdoğan Ramazan ayından sonra Şuşaya gələcəyinə söz vermişdi. "Ramazan ayından sonra Prezident İlham Əliyevlə Şuşaya gedəcəyik”, - qeyri-formal Türk sammitində çıxışı zamanı o söyləmişdi.
Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu da yerli mətbuata açıqlamasında Çavuşoğlunun ölkəmizə gəlişini şərh edərkən səfərin əsas məqsədlərindən birinin Türkiyə Prezidentinin yaxın zamanlarda Azərbaycana gəlməsi üçün hazırlıq olduğunu deyib.