NASA: “Hey İstanbul, parıldayırsan!”

28-05-2021, 00:08           
NASA: “Hey İstanbul, parıldayırsan!”
ABŞ-ın NASA agentliyi özünün "Instagram” hesabından Türkiyə ilə bağlı paylaşım edib.

Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.

Fotoya "Hey, İstanbul, parıldayırsan! Bosfor boğazı və Qızıl Buynuzun (Haliç - red.) iki yerə ayrıldığı şəhərin gecə işıqlarına baxın” şərhi yazılıb.

Kadrların cari ilin mayın 21-də çəkildiyi vurğulanıb.

Paylaşım 1,8 milyondan artıq bəyənilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.