Ögey qızlarına təcavüz etdi - DƏHŞƏTLİ HADİSƏ

28-05-2021, 10:39           
Ögey qızlarına təcavüz etdi -
Dini nikahda yaşadığı qadının 12 və 14 yaşlı qızları cinsi istismarla üzləşib.

Teref.az lent.az-a istinadən məlumat verir ki, Quşadasında yaşayan bir şəxs dini nikah bağladığı qadının iki qızını tez-tez yaxınlıqdakı meşəyə apararaq onları cinsi istismar edib. Atalığın uşaqları meşəyə apardığına şahid olan qonşular polisə şikayət ediblər.

Şikayətə əsasən, hərəkətə keçən polislər ailənin yaşadığı evdə axtarış aparıblar. Nəzarət altına alınan ögey ata bu iddiaları rədd edib. Amma azyaşlı qızların bir psixoloqun iştirakı ilə verdiyi açıqlamalarında onlara qarşı olunan cinsi istismar hadisəsi ortaya çıxıb.

Hadisədən sonra iki bacını Aydın Sosial Xidmətlər və Uşaq Qoruma Təşkilatı qoruma altına alıb.

Uşaqlara təcavüz edən "ata" isə elə həmin gün təşkil olunan məhkəmə qərarı ilə həbs olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.