Türkiyə “Zagros” ləqəbli terrorçunu məhv etdi - FOTO

29-05-2021, 19:47           
Türkiyə “Zagros” ləqəbli terrorçunu məhv etdi - FOTO
Türkiyənin təhlükəsizlik qüvvələri axtarışda olan daha bir terrorçunu məhv edib.

KONKRET.az xəbər verir ki, “Zagros” ləqəbli Səlahəddin Dədə və onunla birlikdə olan daha 4 PKK/YPG üzvü İraqın şimalındakı Mangeş kəndi ərazisində zərərsizləşdirilib.

Həmin terrorçuların şəxsiyyətinin müəyyənləşdirilməsi nəticəsində məlum olub ki, “Dilgəş” ləqəbli Məhməd Emin Alkaş və “Dara Beritan” ləqəbli Babək Ebdilselendeci də məhv edilənlər arasındadır. Dördüncü terrorçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) S.Dədəni Suriyadan İraqa gələrkən izləməyə nail ola bilib. Mayın 19-da Suriyanı tərk edən terrorçunun Türkiyə Silahlı Qüvvələrinin “Pəncə-Şimşək” antiterror əməliyyatı keçirən birləşmələrinə qarşı terror aktı planladığı məlum olub. Təxminən 10 ildir terrorçuluq fəaliyyəti ilə məşğul olan S.Dədə 2012-2015-ci illərdə Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonu ərazisində bir sıra silahlı hücumların təşkilində fəal iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru