Türkiyədə koronavirusdan sağalanların sayı 5,1 milyonu ötüb

31-05-2021, 07:31           
Türkiyədə koronavirusdan sağalanların sayı 5,1 milyonu ötüb
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 134 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 405 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 933 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 242 911 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 10 763 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 105 042 nəfər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru