Ərdoğan Baydenlə müzakirə edəcəyi mövzunu açıqladı

2-06-2021, 06:11           
Ərdoğan Baydenlə müzakirə edəcəyi mövzunu açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ Prezidenti Cozef Baydenlə müzakirəsini planlaşdırdığı mövzunu açıqlayıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, amerikalı həmkarı ilə ABŞ və Türkiyənin münasibətlərindəki gərginliyi müzakirə etməyi planlaşdırır.

"Soruşacam ki, bizim münasibətlərimiz niyə belə gərgin oldu?", - Türkiyə rəhbəri jurnalistlərə açıqlamasında deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın zamanında Ankara və Vaşinqtonun münasibətləri gərginliyin bu həddinə çatmayıb. Türkiyə rəhbərinin sözlərinə görə, belə gərginlik Amerikanın əvvəlki demokrat prezidentlərinin zamanında da mövcud olmayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşü iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru