Türkiyəli məşhur aktrisa həbs edilə bilər

3-06-2021, 00:04           
Türkiyəli məşhur aktrisa həbs edilə bilər
Türkiyəli məşhur aktrisa Ezgi Molanın vətəndaşı “təhqir etməsinə görə” barəsində həbs cəzası istənilib.
Teref.az xəbər verir ki, keçən il Batmanda intihar edən İpek Er ölümündən sonra tapılan məktubunda Musa Orxan tərəfindən cinsi təzavüzə məruz qaldığını qeyd edib.

12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orxanın istintaq müddətində sərbəst buraxılmasına qərar verilib.

Aktrisa bu hadisəyə səssiz qalmayıb və sosial media hesabından “Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun”, - deyə paylaşım edib.

Onun barəsində “səsli, yazılı və ya video mesajla təhqir” ittihamı ilə 2 il 4 aya qədər həbs cəzası istənilib. İddianamə Ankara Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Ezgi Mola Türkiyənin reytinqli “Mahsumlar apartmanı” serialında baş rol ifaçılarından biridir.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru