Türkiyədəki nüvə bombalarının sayı açıqlandı – Düşmənə qorxu salan rəqəmlər
3-06-2021, 17:11
ABŞ-ın Avropa o cümlədən Türkiyədəki bazasında ümumilikdə 100 nüvə başlığı var.
Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın Hamburq universitetinin portalında yayımlanan məlumatda deyilir. Məlumata görə, nüvə bombaları Avropanın 5 ölkəsində yerləşir. Həmin ölkələr Almaniya, Belçika, Hollandiya, İtaliya və Tükiyədir. Ehtimal edilir ki, hər ölkədə təqribən 20 civarında nüvə başlığı var. Almaniyada olan nüvə başlıqlarının sayı dəqiq 20 ədəddir. Lakin digər ölkələrdəki nüvə bombalarının dəqiq sayı məlum deyil.