Ağ ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqlədi

4-06-2021, 07:20           
Ağ ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələlərin geniş spektrini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Ağ evin məlumatında ​deyilir.

Qeyd olunub ki, ABŞ prezidenti gələn həftə ilk xarici rəsmi səfərini edəcək. Səfər çərçivəsində ABŞ lideri Böyük Britaniya, Belçika və İsveçrədə olacaq.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşü iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru