Qırğızıstan Tacikistan ilə sərhəddə vəziyyətin kəskinləşməsi səbəbindən tədbirləri gücləndirib

4-06-2021, 07:55           
Qırğızıstan Tacikistan ilə sərhəddə vəziyyətin kəskinləşməsi səbəbindən tədbirləri gücləndirib
Qırğızıstanın Tacikistanla sərhəddə yerləşən Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçiblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətindən bildiriblər.

Məlumata əsasən, Sərhəd Xidmətinin bölmələrinin gücləndirilmiş xidmət rejiminə keçməsi dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində yaranan gərginliklə əlaqəlidir.

Xatırladaq ki, aprel və may aylarında iki dövlətin hərbi heyətləri arasında sərhəddə silahlı qarşıdurmalar yaşaşıb və nəticədə hər iki tərəfdən onlarla insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru