Ərdoğan TARİXİ SƏNƏDİ İMZALADI: Türkiyə daha bir savaş bölgəsinə ordu yeridir

4-06-2021, 10:06           
Ərdoğan TARİXİ SƏNƏDİ İMZALADI: Türkiyə daha bir savaş bölgəsinə ordu yeridir
Prezident Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə Türkiyə və Fələstin arasında əldə edilmiş Təhlükəsizlik Əməkdaşlıq Sazişini imzalayıb.

Metbuat.az xəbər verir ki, bu saziş türk hərbçilərin təlim məqsədi ilə Fələstinə getməsinə imkan verir. Türkiyə mətbuatı yazır ki, Ankara Tripoli ilə oxşar sazişi imzaladıqdan sonra hərbçiləri Liviyaya göndərmişdi. Türk hərbçiləri Liviyada olduğu kimi Fələstində də polislərə təlim keçə biləcək. Bildirilir ki, bu saziş həmçinin Fələstinlə Dəniz Sərhədi Müqaviləsinin imzalanması üçün də zəmin yarada bilər.

Ekspertlər hesab edir ki, bu tarix saziş Fələstini 70 ildir mühasirədə saxlayan İsrailə mesajdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru