Türkiyə “Leopard” tanklarını modernləşdirdi

6-06-2021, 18:21           
Türkiyə “Leopard” tanklarını modernləşdirdi
Türkiyədə yerli və milli sistemlərlə modernləşdirilən “Leopard 2A4” tankları ordunun istifadəsinə verilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir öz “Tvitter” hesabında məlumaty paylaşıb.

“Quru Qoşunları Komandanlığı (KKK) inventarında olan “Leopard 2A4” tanklarının qabiliyyətlərini müasir döyüş mühitinə uyğun olaraq artırma səylərimiz çərçivəsində Roketsan və Balistik Müdafiə Mərkəzində dizayn edilmiş və istehsal olunan zireh paketinin kütləvi istehsalına və tanklara inteqrasiyasına başladıq. Təhlükə analizinə görə taret və gövdə bölmələri üçün fərqli konfiqurasiyalarda hazırlanmış zireh paketi dünya ordularında “Leopard 2A4” tanklarında istifadə edilən ən təsirli ballistik qorumaya sahibdir. Yerli və milli sistemlərlə modernləşdirilmiş tanklar ordunun xidmətindədir!”, - məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru