Sədat Pekər indi də Azərbaycana "keçir" - Anons etdi

6-06-2021, 21:38           
Sədat Pekər indi də Azərbaycana "keçir" -

Bir müddətdir yayımladığı videolarla Türkiyə gündəmi çalxalayan türkiyəli mafioz, mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Sədat Pekər növbəti paylaşımı ilə yenə diqqəti öz üzərinə çəkib.

Axar.az-ın məlumatına görə, S.Pekər Tvitter səhifəsində növbəti videosunda Azərbaycanla bağlı danışacağını elan edib.

“Azərbaycandakı qruplaşmanın (burada çox güman ki, mafiya qruplaşması nəzərdə tutulur – red.) rəhbərliyində olan şəxsdən danışdığımda xeyli əylənəcəyik. Bir ştativdə kameraya məğlub olacaqsınız. Zəkaya hörmət etməyi öyrənəcəksiniz”, - deyə mafioz lider bildirib.

S.Pekərin kimləri və nəyi nəzərdə tutduğu məlum deyil.

Qeyd edək ki, S.Pekər son açıqlamaları ilə Türkiyədə siyasi gərginlik yaratmağı bacarıb. Türkiyə hüquq-mühafizə orqanları isə mütəşəkkil cinayətkar qruplaşma rəhbəri S.Pekər barədə CM-in bir neçə maddəsi ilə cinayət işi açaraq, onu axtarışa verib.

Facebook













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru