Türkiyədə xüsusi təhlükəli terrorçu məhv edilib

8-06-2021, 07:06           
Türkiyədə xüsusi təhlükəli terrorçu məhv edilib
Türkiyənin şərqindəki Van əyalətində terrorçuluğa qarşı “Eren” əməliyyatının birinci mərhələsi çərçivəsində ölkənin Daxili İşlər Nazirliyinin xətti ilə axtarılan PKK-nın xüsusi təhlükəli terrorçusu Gökhan Demir məhv edilib.

"Report" "Anadolu" agenntliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, “Aqit” kod adlı Gökhan Demir “Vəfa” xeyriyyə təşkilatının əməkdaşlarına qarşı silahlı hücumda iştirak edib. Van əyalətinin Ozalp rayonunda 15 may 2020-ci ildə törədilən terror aktı nəticəsində təşkilatın iki əməkdaşı həlak olub, daha bir əməkdaşı yaralanıb.

Terrorçu türk jandarmeriyasının xüsusi təyinatlı dəstəsi tərəfindən məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru