Kürəyinə saplanmış bıçaqla bacısı ilə görüntülü danışdı - FOTO/VİDEO

8-06-2021, 07:55           
Kürəyinə saplanmış bıçaqla bacısı ilə görüntülü danışdı - FOTO/VİDEO
Türkiyədə qəribə hadisə baş verib. Belə ki, gənc kürəyinə saplanmış bıçaqla yanında olan jurnalistin telefonunu alaraq Almaniyadakı bacısı ilə görüntülü danışıb.

“Haber Global”ın məlumatına görə, hadisə Antalyada qeydə alınıb.

Məlumata görə, Soner B. yolda gedərkən iki nəfər ona yaxınlaşaraq ötən həftə aldığı narkotik maddənin pulunu istəyib. Üstündə pul olmadığını deyəndən sonra şübhəlilər gəncin kürəyindən iki dəfə bıçaqlayaraq “Sən buna layiqsən”, - deyiblər və hadisə yerindən qaçıblar.

Soner B. kürəyində bıçaqla yaxınlıqdakı çörək bişirmə dükanına girərək kömək istəyib. Bundan sonra təcili yardım və hüquq mühafizəçilərinə xəbər verilib. Kömək gələnə qədər Soner B. hadisə yerindəki jurnalistdən telefonunu alaraq bacısına zəng edib və kürəyindən bıçaqlandığını bildirib.

Bir müddət sonra hadisə yerinə gələn tibb işçilərə zərərçəkənə ilkin yardım edərək xəstəxanaya aparıblar.

Polis baş verənlərlə bağlı istintaqa başlayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru