İtaliyadan diplomatik qalmaqal yaradacaq qərar: Türkiyəli azarkeşlər ölkəyə buraxılmayacaq

9-06-2021, 00:17           
İtaliyadan diplomatik qalmaqal yaradacaq qərar:
Futbol üzrə Avropa Çempionatının başlanmasına qısa müddət qaldığı bir vaxtda İtaliya hökuməti “Şengen” bölgəsindən kənardakı dövlətlərdən ölkəyə girişi bağlayıb.

Bu barədə “La Repubblica” nəşri yazıb.

Sözügedən qərar “Avro-2020” çərçivəsində baş tutacaq İtaliya-Türkiyə oyununa qardaş ölkə azarkeşlərinin buraxılması məsələsində problem yaradacaq. Belə ki, oyunda Türkiyə millisini yalnız Şengen bölgəsinə daxil olan ölkələrdən türkiyəli azarkeşlər dəstəkləyə biləcək.

Türkiyə mətbuatı bu qərarın İtaliya ilə Türkiyə arasında diplomatik gərginlik yarada biləcəyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru