Mərmərə dənizində selik fəlakəti görənləri heyrətə gətirir - FOTO/VİDEO

9-06-2021, 07:36           
Mərmərə dənizində selik fəlakəti görənləri heyrətə gətirir - FOTO/VİDEO
Artıq bir neçə aydır ki, Mərmərə dənizinin bəzi yerləri selikli təbəqə ilə örtülüb. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalsalar da, hələ ki, bir nəticəyə gəlinməyib. Türkiyənin Bursa şəhərinin sakini Alper Altay qayıqdan çəkdiyi görüntülərlə fəlakətin miqyasını göstərib.

Publika.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Onun sözlərinə görə, əvvəlcə gəmilərin yan aldığı körpünün üstünü beton təbəqənin örtdüyünü düşünüb.

“Yaxınlaşdıqda xəfif bir hərəkətlənmə gördüm. Təəccübləndim. Seliyin bu dərəcədə ola biləcəyini düşünməmişdim”, - deyə o, bildirib.

O, bir qapyığın üstünə çıxaraq ayağı ilə seliyi yoxladığını bildirib.

“Süngər, hətta daha qalın bir təbəqə kimi idi. Aralananda pis yosun qoxusu gəlirdi… Ehtimal ki, dənizin altına çox böyük zərər verib”, - deyə bildirən gənc insanlığın təbiətə verdiyi zərərdən təəssüfünü bildirib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru