Türkiyənin yeni texnikası: "Bayraqdar"la birləşəcək

9-06-2021, 08:34           
Türkiyənin yeni texnikası: "Bayraqdar"la birləşəcək
ürkiyə silahlı sürücüsüz quru texnikası BARKAN-nın sınaqlarına başlayır.

Axar.az xəbər verir ki, bu barədə HAVELSAN şirkətinin məlumatında deyilir.

Artıq ilin sonunda sözügedən texnikanın Türkiyə ordusunun inventarına daxil olması planlaşdırılır.

“İyun-avqust aylarında sınaqlar keçiriləcək. Sınaqların nəticələrinə əsasən, texnikaların müəyyən modifikasiyalarının olacağı qaçılmazdır. Təkmilləşmə də aparıla bilər. İlin sonuna doğru texnikaları fəaliyyətdə görə bilərik. Xüsusilə pilotsuz uçuş aparatlarının ("Bayraqdar" - red.) dəstəyi ilə bu texnikaların birgə fəaliyyətini təmin etmək istəyirik”, - deyə şirkət rəhbərinin müavini Muhittin Solmaz bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru