Türkiyənin Atatürk hava limanında partlayış oldu - VİDEO

9-06-2021, 17:34           
Türkiyənin Atatürk hava limanında partlayış oldu - VİDEO
Atatürk Hava Limanında Türk Hava Yollarına məxsus təyyarələrin texniki servisi anqarında bir oksigen balonu partlayıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə THY-nin mətbuat katibi Yahya Üstün açıqlama verib.

Məlumata görə, oksigen balonu səhər saat 11:00 radələrində Atatürk Hava Limanında THY-nin təyyarə baxım anqarında partlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb olunub.

İnsident nəticəsində heç kimin xəsarət almadığı və anqardakı təyyarələrin zərər görmədiyi bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru