Ərdoğan "kürdlər gəlsin" deyən kimi...
11-06-2021, 08:11
Cənab Ərdoğanın iqtidarından əvvəl bu torpaqlarda işgəncə səsləri yüksəlirdi. Ərdoğanın gəlişi ilə PKK-nın üzərini örtdüyü bütün zənginliklər işıq üzü gördü.
Axar.az xəbər verir ki, bu sözləri Ağrı bələdiyyəsinin sədri Savcı Sayan qızıl mədəninin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
“Bu açılış hamımızın qürur yeridir. Prezidentimizin bu bölgəyə verdiyi önəmin təzahürüdür. Bu regionun 10 il əvvəlki halını Nişantaşında oturanlar bilməyə bilər. Lakin biz bu torpaqların böyük kədərlə “yoğrulduğunu” çox yaxşı bilirik. Biz hədər yerə bu vaxta qədər yoxsulluq içərisində olmuşuq. Bu, PKK-nın rəzalətidir. Beyinləri yuyulan gənclər və iş adamlarının buraya investisiya qoymaması... Bu torpaqlarda kürdlər dağa çıxsın deyə işgəncə tətbiq edildi. Cənab Ərdoğan “kürdlər gəlsin” deyən zaman, çevriliş cəhdi başlandı. Birinci hədəfimiz terror olmalıdır. Terrora “bəsdir” deyəcəyik. Biz “Bəsdir” deməsək, bu qızıl mədənlərinin bir faydası yoxdur”, - deyə S.Sayan bildirib.