Türkiyə millisi Bakıya gəldi (FOTO)

12-06-2021, 20:18           
Türkiyə millisi Bakıya gəldi (FOTO)
Futbol üzrə Türkiyə millisi Bakıya gəlib.

Sonxeber.az-ın məlumatına görə, AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi az əvvəl paytaxtımıza çatıb.

A qrupunda mübarizə aparan "ay-ulduzlular" Romada İtaliyaya 0:3 hesabı ilə uduzduqdan sonra Azərbaycana səfər edib. Bakı vaxtı ilə 14:00-da Romadan çıxan Şenol Günəşin komandası təxminən 5 saatlıq uçuşdan sonra ölkəmizə çatıb. Qrupdakı son iki görüşünə Bakıda hazırlaşacaq qonşu ölkə təmsilçisinin futbolçu və məşqçi heyəti ilə yanaşı TFF rəsmiləri də Azərbaycana gəliblər.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru