İranda seçki qutusundan İlham Əliyev və Ərdoğanın adı çıxdı - FOTO

19-06-2021, 19:12           
İranda seçki qutusundan İlham Əliyev və Ərdoğanın adı çıxdı - FOTO
İranda seçki qutusundan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adı çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar yayılıb.

Fotolarda səsvermə bülletenlərinin üzərində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yazıldığı əks olunub.

Qeyd edək ki, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb.

Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub. Məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi ümumi səslərin 50%-dən çoxunu toplayaraq qalib gəlib. İlkin nəticələrə əsasən, Rəisi 28.6 milyon seçicidən 17.6 milyonun səsini alıb.
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.