Yunan mediası: Ərdoğan Baydendən istədiyini aldı

23-06-2021, 08:10           
Yunan mediası:
NATO sammitində ABŞ və Türkiyə prezidentləri arasında Kabil hava limanı ilə bağlı razılaşma əldə edilməsi yunan ictimaiyyətini narahat edib.

Axar.az xəbər verir ki, Yunanıstanın “Pentapostagma” qəzeti ABŞ administrasiyasının Türkiyə lehinə qərarlar verməkdə davam etdiyini yazıb:

“Bayden Ərdoğana istədiyi mövzularda güzəştə gedir. Türkiyə Əfqanıstan üçün təzminat tələb etdi və aldı”.

Qeyd edək ki, Ərdoğan və Bayden Kabil hava limanının təhlükəsizliyi ilə bağlı razılığa gəlib. Yaxın zamanda Pentaqondan nümayəndələr məsələ ilə əlaqədar Türkiyəyə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru